Tacikistanda yük maşını aşdı: 5 ölü
Tacikistanın cənubundakı Xatlon vilayətində yük maşınının qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.
9 Aprel 2019 17:46 DünyaTacikistanın cənubundakı Xatlon vilayətində yük maşınının qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.
Dağlıq ərazidə hərəkət edən maşının aşması nəticəsində kuzovda olan insanlar avtomobilin altında qalıb.
Qəza nəticəsində daha 9 nəfər xəsarət alıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
milli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31