Bu türk ölkəsi dünyanın “ən az siqaret çəkən ölkəsi” oldu
Siqaret çəkən Türkmənistan vətəndaşlarının sayı bir il ərzində iki dəfə - 8%-dən 3,4%-ə düşüb.
9 Aprel 2019 16:20 DünyaSiqaret çəkən Türkmənistan vətəndaşlarının sayı bir il ərzində iki dəfə - 8%-dən 3,4%-ə düşüb.
Bu məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb. Təşkilat bunun sayəsində Türkmənistanın ən az siqaret çəkən ölkə statusuna sahibləndiyini bildirib. ÜST indiyə qədər heç bir ölkənin belə göstəriciyə çatmadığını qeyd edib.
Müstəqil ekspertlər isə bu fikirlə razılaşmayıb. Onlar siqaret çəkənlərin sayının azalmasının tütün məhsullarının yüksək qiymətləriylə bağlı olduğunu bildirib.
Belə ki, hazırda Türkmənistanın dövlət mağazalarında siqaretlərin qiyməti 30 manat (9 dollar), özəl mağazalarda isə 50-60 manat təşkil edir.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31