Avstriyadan sonra Fransa da bu addımı atdı
Fransa artıq Avstriyadan sonra rəqəmsal şirkətlərdən vergi tutacaq ikinci ölkə olub.
9 Aprel 2019 15:41 DünyaFransa artıq Avstriyadan sonra rəqəmsal şirkətlərdən vergi tutacaq ikinci ölkə olub.
Olaylar.az bildirir ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində avrozonaya daxil olan ölkələrin maliyyə nazirlərinin yığıncağında Fransanın maliyyə naziri Le Mar bu verginin ABŞ-a aid "Alphabet", "Amazon", "Facebook", "Apple" kimi 30 texnoloji şirkətə təsirinin olacağını və yığılacaq vergi məbləğinin hər il yarım milyard avroya çata biləcəyini deyib.
O, bu qərarın dünya vergi sistemində "daha çox ədalət" tələbinə əsasən verildiyini vurğulayıb. Qeyd edək ki, mart ayında Avropa İttifaqı (Aİ) texnoloji şirkətlərlə əlaqədar bütün Aİ ərazisini əhatə edən rəqəmsal verginin tətbiqi ilə bağlı razılaşma əldə etmişdi.
Fransa artıq Avstriyadan sonra rəqəmsal şirkətlərdən vergi tutacaq ikinci ölkə olub.