Suriya `Musa mağarası`na marşrutu bərpa edib

Turistlər həmçinin həmin ərazidə Hz.Adəmin oğlu Habilin də məzarını ziyarət edirlər

Turistlər həmçinin həmin ərazidə Hz.Adəmin oğlu Habilin də məzarını ziyarət edirlər

Suriya hökuməti Zabadani rayonunda "Musa mağarası"na marşrutu bərpa edib. Artıq  Livan, İran və İraqdan olan turistlərdə dolu onlarla  avtobus  yerli mədəni irsə baxmağa yollanıb. Onlar həmçinin həmin ərazidə Adəm Peyğəmbərlə (ə) Hz. Həvvanın oğlu Habilin məzarını da ziyarət edirlər.

Qeyd edək ki, 2017-ci ildən sonra rəsmi Dəməşq Zabadani rayonunda bütün Yaxın Şərqdən turistlərin axışdığı təbii qoruğa sərmayənin yatırılmasına başlayıb. Mağaranın yerində 120 il əvvəl karyer olub. Həmin vaxtlar Zabadani və Blyudanda evlərin tikilməsi üçün ordan qum götürülürmüş. Lakin 1990-cı ildə ərazinin sahibi Safan Mrai buranı turist obyektinə çevirmə qərarına gəlir. 

"15 il ərzində mağaranın sahibi bu layihənin üzərində işləyir: İtaliyadan dizaynerlər çağırır. Onlar bu interyeri, heykəlləri, barelyefləri, heykəlləri düzəldiblər", - deyə mağaranın mühafizəçisi Həsən Əbdül bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31