Arvadım bir dəfə məni içkili görüb, o da... - Prezident

Həyat yoldaşım məni yalnız bir dəfə toydan öncə sərxoş halda görüb.

Həyat yoldaşım məni yalnız bir dəfə toydan öncə sərxoş halda görüb.

Bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko yerli televiziyalardan birinə açıqlamasında deyib.

"Mənim mütəmadi spirtli içki qəbul etməyim barədə yayılan məlumatlar Rusiya təbliğatıdır. Həyat yoldaşım 35 illik birgə həyatımızda yalnız bir dəfə, o da toydan öncə məni sərxoş görüb", - deyə prezident bildirib.

O, seçki marafonundakı rəqibi Vladimir Zelenskinin narkomaniya testindən keçməklə bağlı təklifini təəccüblə qarşıladığını da əlavə edib.

Qeyd edək ki, Poroşenko Zelenskinin təkliflərini qəbul edib və alkoqol və narkotik analizləri verib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31