İngilis turist Pompey mozaikasını oğurlamağa cəhd etdi
İtaliyada Pompey mozaikasını oğurlamağa cəhd edən ingilis turist yaxalanıb.
9 Aprel 2019 10:31 Dünyaİtaliyada Pompey mozaikasını oğurlamağa cəhd edən ingilis turist yaxalanıb.
İyirmi bir yaşlı qadın arxeoloji sahədəki qoruyucu kəməri keçərək mozaikanın hissələrini çıxarmağa cəhd edib.
Hadisə yerini tərk etməyə çalışan qadın polis tərəfindən tutulub. Hadisə nəticəsində mozaikaya təxminən 3 min avro dəyərində ziyan dəyib.
Qeyd edək ki, dəfələrlə mozaikanın hissələrini əldə etmək istəyənlər olub.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31