Paşinyan zəmanət vermədi
8 Aprel 2019 17:27 DünyaErmənistana məxsus "Spayk" kampaniyasının direktoru David Kazaryan həbs edildikdən sonra etiraz aksiyaları başlayıb. SİA Ermənistana məxsus tert.am saytının məlumatına istinadən xəbər verir ki, aksiya iştirakçıları Nikol Paşinyanla görüş tələb edirlər.
Onlar hesab edirlər ki, məhkəmə ədalətsiz qərar çıxarıb.
Baş nazir isə öz növbəsində köməkçisi vasitəsilə xəbər verib ki, şəxsən "Spayk" kampaniyasının direktorunun azad olunmasına heç bir zəmanət verə bilməz. Bu barədə kompaniyanın əməkdaşlarına, hakimiyyət binası qarşısına toplaşmış aksiya iştirakçılarına "Spayk" kampaniyasının direktor müavini Karen Baqdasaryan məlumat verib. O, bildirib ki, bu baş nazirin istəyidir və baxmayaraq ki, biz hər gün toplaşa bilərik, aksiya keçirə bilərik, amma bu qərar onundur və yəqin hansısa səbəbi var. Direktor müavini xüsusilə vurğulayıb ki, biz hətta bizi qane etməyən qərarlara da cavabdeh olmalıyıq.