Bakıdan gedən təyyarə “Şeremetyevo” aeroportuna qəza enişi etdi

Hadisə zamanı xəsarət alan olmayıb.

"Gulfstream" şirkətinin Bakı-Moskva marşrutu üzrə hərəkət edən və göyərtəsində sərnişinlərin olduğu təyyarəsi aprelin 8-də səhər saatlarında "Şeremetyevo" hava limanına qəza enişi edib.

Bu barədə Rusiya KİV-i istinadən xəbər verir.

Müşahidə kameralarından olan qeydlərdə görünür ki, təyyarə uçuş-enmə zolağına düşdükdən sonra asfalt örtükdən kənara çıxıb. Nəticədə təyyarənin şassisinin dirəkləri qırılıb.

Hadisə zamanı xəsarət alan olmayıb.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31