“Bizim vəzifəmiz...” - Ərdoğan “Türk axını”ndan danışdı

"Türk axını" qaz kəmərinin torpaq səthində inşası plan üzrə gedir.

Bunu Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"İlk növbədə "Türk axını"na toxunmaq istəyirəm. Bəli, həqiqətən də qaz kəmərinin dəniz hissəsinin tikintisi başa çatdırılıb, quru hissədə işlər planlaşdırıldığı kimi davam edir. Bizim qarşımızda qaz kəmərinin bu hissəsində də işləri nəzərdə tutulan vaxtda yekunlaşdırmaq vəzifəsi durur", - deyə Ərdoğan Putinlə görüş öncəsi bildirib.

Qeyd edək ki, Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VIII iclasında iştirak etmək üçün Moskvaya səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin danışıqları keçirilir.

teleqraf

Ərdoğan və Putindən ilk ortaq açıqlama: "Hədəfimiz..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31