Tripoli uğrunda savaş: ölü və yaralıların sayı açıqlandı

Liviyanın paytaxtı Tripoli şəhərində marşal Xəlifə Haftarın rəhbərlik etdiyi qüvvələrlə Milli Razılıq Hökuməti qoşunları arasındakı döyüşlərdə 21 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.

Bu barədə Milli Razılıq Hökumətinin Səhiyyə Nazirliyi informasiya yayıb.

Səhiyyə Nazirliyinin sözçüsü Emin Məhəmməd əl-Haşiminin sözlərinə görə, ölən və yaralılar arasında həm mülki şəxslər, həm də hərbçilər olub.

Qeyd edək ki, Xəlifə Haftar aprelin 4-də Tripolinin terrorçulardan azad edilməsi üçün orduya hücum əmri verib. Artıq paytaxtın cənub ərazisi ələ keçirilib.

Buna cavab olaraq Milli Razılıq Hökumətinə tabe qoşunlar "Qəzəb vulkanı" əməliyyatı ilə müqavimətə başlayıb.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31