Baş nazirin olduğu binada DƏHŞƏTLİ YANĞIN
Pakistanın paytaxtı İslamabadda yanğın hadisəsi qeydə alınıb.
8 Aprel 2019 15:29 DünyaPakistanın paytaxtı İslamabadda yanğın hadisəsi qeydə alınıb.
Yanğın baş nazir İmran Xanın ofisinin yerləşdiyi binada baş verib.
İlkin versiyaya görə, yanğın binanın 6-cı mərtəbəsində meydana gələn qısaqapanmadan sonra olub. Alov qısa müddətdə hər tərəfə yayıldığı üçün yanğın təhlükəli hal alıb. Buna görə də baş nazirin ofisi boşaldılıb.
Hadisə zamanı xəsarət alanların olub-olmadığı barədə hələ ki, informasiya verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31