Paşinyanın maşınını mən partlatmamışam - Çarukyan

Qagik Çarukyanla Nikol Paşinyanı küsdürmək alınmayacaq.

Qagik Çarukyanla Nikol Paşinyanı küsdürmək alınmayacaq.

Bunu jurnalistlərə açıqlamasında Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan deyib.

"Əgər bizim qüvvə Paşinyanın ünvanına neqativ fikirlər səsləndirirsə, bu, onun şəxsiyyəti haqqında deyil. O, nəyisə dəyişdirmək istəyir. Lakin bunu onun komandasında hər kəs istəmir. Çarukyan hər şeyi səssiz edir və xalq bunu bilir. Sadəcə, siz bunun haqqında nədənsə danışmaq istəmirsiniz", - deyə o bildirib.

Çarukyan həmçinin Paşinyanın avtomobilinin partladılmasının sifariş verməsinin yalan olduğunu deyib:

"Mən o zaman konyak zavodu açırdım. Şənlənib, sevinirdim. Mən bu şadlıqdan maşın partlada bilərəmmi?"

Qeyd edək ki, 2004-cü ildə Paşinyanın avtomobili partladılıb. O zaman "Aykakan Jamanak"ın rəhbəri olan Paşinyan bu partlayışda Çarukyanı ittiham etmişdi.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31