İrəvanda ara qarışdı, yollar bağlandı – Polislə toqquşma - FOTO
İrəvanda direktorun həbsindən sonra işsiz qalan şirkətin əməkdaşları etiraz aksiyası keçiriblər.
8 Aprel 2019 14:38 Dünyaİrəvanda direktorun həbsindən sonra işsiz qalan şirkətin əməkdaşları etiraz aksiyası keçiriblər.
"Spayka" şirkətinin işçiləri İrəvanın mərkəzində Tiqran Mets prospektini bağlayıblar.
Əməkdaşlar şirkətin direktoru David Kazaryanın həbsinə etiraz edirlər.
Məhkəmənin qarşısında polislə etirazçılar arasında toqquşma yaşanıb. Etirazçılar polisin David Kazaryanı maşından çıxarmasına imkan verməyiblər.
"Nikolu (baş nazir Nikol Paşinyan-red.) tələb edirik!", "Sona qədər müharibə!" şüarları səsləndirilib.
Qeyd edək ki, İrəvan məhkəməsi Kazaryanın vergidən yayınmaq ittihamı ilə iki aylıq həbs edilməsi qərarını çıxarıb.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31