İstifadəçilər onlayn təhdidlərdən qorunacaq
Böyük Britaniyada İstifadəçiləri onlayn təhdidlərdən qoruyan müstəqil tənzimləyici yaradılacaq.
8 Aprel 2019 13:18 DünyaBöyük Britaniyada İstifadəçiləri onlayn təhdidlərdən qoruyan müstəqil tənzimləyici yaradılacaq.
Olaylar.az bildirir ki, bu barədə Birləşmiş Krallığın rəqəmsal texnologiyalar, mədəniyyət, media və idman Nazirliyi məlumat veriblər.
Nazirliyin məlumatına görə, ingilis hökuməti İngiltərəni onlayn fəaliyyət üçün ən etibarlı dövlətə çevirmək niyyətindədir.
Yeni qanun layihəsinin maliyyələşdirilməsi üçün yüksək texnologiyalı şirkətlərin yatırımlarından istifadə olunacaq.
Nazirliyin məlumatına əsasən, bazar ertəsi günü 12 həftə ərzində fəaliyyət göstərəcək yeni qurumun yaradılmasına dair məsləhətləşmə prosesi başlayacaq. Bu proses başa çatdıqdan sonra, tənzimləyicinin yaradılmasına dair qanun layihəsi ölkə parlamentinə təqdim ediləcək.