“Microsoft” ABŞ ordusu üçün xüsusi eynək yaradıb

Ötən ilin sonunda "Microsoft" şirkətinin ABŞ ordusundan HoloLens əlavə reallıq cihazının adaptasiya edilməsinə dair müqavilə qazandığı ortaya çıxıb.  

Olaylar.az bildirir ki, yeni qurğuya "Integrated Visual Augmentation System" (IVAS) adı veriilib. Müqavilənin ümumi dəyəri 479 milyon dollar təşkil edir.

ABŞ ordusu HoloLens 2 versiyasının əsasında yaradılmış IVAS-in eksklüziv nümayişini təqdim edib.

IVAS-da başın təsvirini əks etdirən ekran var ki, bu da özündə sahibin yerləşməsini, kompasın göstərdiyi istiqaməti və komanda yoldaşlarının geolokasiyasını birləşdirir.

Gələcəkdə hərbiçilər üçün 100.000-dən çox eynəyin hazırlanması və 2028-ci ilə qədər ABŞ ordusunun bütün bölmələrini bu eynəklə təchiz edilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31