“Yaşayış vergisi” ləğv olunur

Fransada 2020-ci ilə qədər ölkədə daimi yaşayan insanlardan tutulan "yaşayış vergisi" adlı verginin tam aradan qaldırılması nəzərdə tutulub.

Olaylar.az bildirir ki, bu barədə Fransanın büdcə naziri Jerar Darmanenin mətbuata açıqlama verib.

Nazir, bütün vergi ödəyiciləri üçün "yaşayış vergisi"nin tam ləğv edilməsi dövlət başçısının seçkiqabağı vədlərinə daxil olduğunu və bu vədin yerinə yetirildiyini bildirib.

Fransa prezidenti ölkədə sosial gərginliyi azaltmaq məqsədilə bir sıra sosial səviyyəli tədbirlərin görülməsi barədə qərar qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31