Tramp Meksikanı növbəti dəfə hədələdi: Çıxış yolu olmasa...

Başqa çıxış yolu olmasa, Vaşinqton Meksikayla sərhədi bağlayacaq. Bu haqda ABŞ prezidenti Donald Tramp tvitterdə bildirib. “Meksika bütün qeyri-qanuni miqrantları saxlamalı və onlara ABŞ-a qədər uzun yol qət etməyə icazə verməməlidir”, - Tramp yazıb.

Başqa çıxış yolu olmasa, Vaşinqton Meksikayla sərhədi bağlayacaq. Bu haqda ABŞ prezidenti Donald Tramp tvitterdə bildirib.

"Meksika bütün qeyri-qanuni miqrantları saxlamalı və onlara ABŞ-a qədər uzun yol qət etməyə icazə verməməlidir", - Tramp yazıb.

Onun sözlərinə görə, ABŞ sərhədi bağlamağa və ya Meksikaya qarşı rüsumları tətbiq etməyə hazırdır. Prezident əlavə edib ki, demokratlar Konqresdə ABŞ-ın sərhədlərinin təhlükəsizliyi məsələsini həll etməyə kömək etməlidir.

Qeyd edək ki, Tramp bundan əvvəl də dəfələrlə miqrant axınlafına görə Meksikanı sərhədi bağlamaqla hədələyib.  Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31