ABŞ bu regionlardan çəkilir - Yeni era başladır
Tramp administrasiyası ABŞ-ın Əfqanıstan və İraqdakı diplomatik personalını azaltmaq imkanlarını nəzərdən keçirir.
6 Aprel 2019 20:52 DünyaTramp administrasiyası ABŞ-ın Əfqanıstan və İraqdakı diplomatik personalını azaltmaq imkanlarını nəzərdən keçirir.
Axar.az xəbər verir ki, bu barədə "Forin Polisi" jurnalı məlumat yayıb.
Məlumata görə, ABŞ Kabildəki amerikalı diplomatların sayını 2020-ci ilə qədər 2 dəfə azaltmağı planlaşdırır:
"İraqda Vaşinqtonun cari ildə 20-30 arasında diplomatı geri çağırılacaq. Gələn il isə ABŞ-ın Bağdad və Ərbildəki ümumi diplomatik missiyasını 50%-ə qədər azaltması nəzərdə tutulub. Bu plan Vaşinqtonun Yaxın Şərq və Cənubi Asiyada hərbi mövcudluğu azaltmaq strategiyası ilə bağlıdır. Vaşinqton bunun sayəsində böyük güclərin (Çin və Rusiya) rəqabəti erasına hazırlaşır", - məlumatda qeyd olunub.