Bütün dünyanın gözü orada - Nadir hadisə 7 apreldə canlı yayımlanacaq
“Ərəb baharı”ndan sonar zəifləyən turizmini canlandırmağa çalışan Misir daha bir yeniliyə imza atacaq.
6 Aprel 2019 20:17 Dünya"Ərəb baharı"ndan sonar zəifləyən turizmini canlandırmağa çalışan Misir daha bir yeniliyə imza atacaq.
Publika.az xəbər verir ki, ölkənin ilk fironlarından birinə aid olduğu ehtimal edilən antik qəbir canlı yayımda açılacaq.
4 min il yaşı olan qəbirin açılışını bütün dünyada televiziyalar vasitəsilə 2 saat canlı izləmək mümkün olacaq.

Yayım ərzində qəbirin yerləşdiyi piramidanın tunelləri və adlı-sanlı ailəyə məxsus 40 fərqli mumyanın olduğu otaqlar da ziyarət ediləcək.
Proses 7 apreldə "Discovery Channel" kanalı vasitəsilə nümayiş olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31