Ərdoğan Moskvaya niyə gedir? – Uşakov açıqladı
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Moskvada Ankaraya S-400 sistemlərinin verilməsi məsələsini müzakirə edəcəklər.
5 Aprel 2019 18:31 DünyaRusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Moskvada Ankaraya S-400 sistemlərinin verilməsi məsələsini müzakirə edəcəklər.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışıb.
"S-400 "Triumf" sistemlərinin çatdırılması ilə bağlı müqavilə ətrafında bir çox söhbətlər var. Təbii ki, prezidentlər bu məsələni müzakirə edəcəklər", - Uşakov bildirib.
Uşakovun sözlərinə görə, tərəflər həmçinin ABŞ-ın qoşunlarını Suriyadan çıxarmaq qərarını, "Türk axını" qaz kəmərinin tikintisini, "Ağquyu" nüvə elektrik stansiyası layihəsinin həyata keçirilməsi məsələlərini müzakirə edəcəklər.
axar