“AnkosLink-2019” konfransı keçirilib

Türkiyənin Antalya şəhərində “AnkosLink-2019” beynəlxalq konfransı keçirilib.

Türkiyənin Antalya şəhərində "AnkosLink-2019" beynəlxalq konfransı keçirilib. 

Olaylar.az xəbər verir ki, tədbirin təşkilatçısı olan Ankos Dərnəyinin məqsədi kitabxanalararası beynəlxalq informasiya mübadiləsini həyata keçirməkdir. 

Konfransda iştirak edən AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslar şöbəsinin əməkdaşları Sura Məmmədova və Gülarə Səbzəliyeva MEK-in informasiya resurslarının tətbiqi fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıblar. 

MEK təmsilçisi Sura Məmmədova 1,5 milyon sənəd fondu, 5 mindən artıq oxucusu olan Mərkəzi Elmi Kitabxananın bir sıra ilklərə imza atdığını bildirib. 

MEK-in konfransda iştirak edən digər nümayəndəsi Gülarə Səbzəliyeva kitabxananın proqramçıları tərəfindən tərtib olunmuş, kitabxana fəaliyyətinin bütün komponentlərini - oxucu, kitab, xidmət, qeydiyyat, maliyyə, personal, yazışma - özündə birləşdirən, "Vahid İdarəetmə Sistemi" proqram təminatı, UNESCO-nun mədəni irsin qorunması üzrə işçi qrupu tərəfindən qəbul edilmiş e-kataloq formatından, İstanbulda Kazım Qarabəkirin, Budapeştdə Georq Hazainin, Naxçıvanda Hüseyn Cavidin  Ev-muzeyləri ilə elektron sənəd mübadiləsi haqqında məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31