Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat

Türkiyənin paytaxtı Ankarada "FETÖ" terror təşkilatına qarşı polis növbəti əməliyyat keçirib.

76 müxtəlif ünvanda keçirilmiş əməliyyat nəticəsində 112 nəfər saxlanılıb.

Qeyd olunur ki, saxlanılan şəxslər 2010-cu ildə Polis Akademiyasına qəbul imtahanlarının nəticələrinin Gülən hərəkatı tərəfdarlarının xeyrinə saxtalaşdırılmasında ittiham olunur.

Saxlanılanlar arasında Akademiyada yüksək vəzifədə işləyənlər də var.

Milli.Az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31