Rada Le Penin Fransa prezident seçkilərində qələbəsindən narahatdır-ÖZƏL
12:19 DünyaUkrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Marin Le Penin 2027-ci ildə keçiriləcək Fransa prezident seçkilərində mümkün qələbəsinin Ukraynaya maliyyə yardımının dayandırılmasına səbəb ola biləcəyini bildirib. Deputatın sözlərinə görə, Fransa yardımını dayandırarsa, bir sıra digər ölkələr də eyni addımı ata bilər.
Olaylar.az xəbər verir ki, Ifop-Fiducial sorğusuna əsasən, Le Pen prezident seçkilərinin birinci turunda 35 faiz səs toplaya bilər. Seçkilərin birinci turu 18 aprel 2027-ci ildə, ikinci turu isə zərurət yaranarsa, 2 mayda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31