ABŞ-dan Türkiyəyə “S-400” ÇAĞIRIŞI
12 Fevral 2019 16:49 DünyaVaşinqton Ankaranı Rusiyanın raket əleyhinə müdafiə sistemlərini almamağa çağırır.
"RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison bildirib.
"Biz Rusiyanın istənilən növ zenit-raket sistemlərinin müttəfiq ölkələr tərəfindən alınmasından narahatıq", - o deyib.
Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə ABŞ "Patriot" sistemlərinin alınması təklifinə baxacaq, ancaq "S-400" Rusiya komplekslərindən imtina etməyəcək.
publiika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31