Bu gün Türkiyədə Xocalı Parkı açılacaq
12 Fevral 2019 15:19 DünyaBu gün Türkiyənin Kahramanmaraş şəhərində Xocalı Parkının açılış mərasimi keçiriləcək. Parkın salınması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin tərkib hissəsidir.
Açılış mərasimində rəsmi şəxslər, diplomatlar, Türkiyə ictimaiyyətinin nümayəndələri, yerli sakinlər iştirak edəcəklər.
xezerxeber
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31