Rusiyadan SƏRT BƏYANAT: Təhlükəli ideyadır
12 Fevral 2019 14:47 DünyaRusiya Qara dənizin şimal-qərb hissəsində "Sea Breeze-2019" hərbi təlimlərinin keçirilməsi üzrə ABŞ və Ukraynanın niyyətinin təhlükəli ideya hesab edir.
"RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda jurnalistlərə Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Qriqori Karasin deyib.
"Bu, bizim tərəfimizdən təhlükəli ideya kimi qəbul edilir", - Karasin bildirib.
Daha əvvəl Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, "Sea Breeze-2019" təlimləri Qara dənizin şimal-qərb hissəsində - Nikolayev, Herson və Odessa vilayətlərində keçiriləcək.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31