Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər –
12 Fevral 2019 14:23 DünyaSəudiyyə Ərəbistanının Mədinə şəhərində dəhşətli cinayət baş verib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, taksi sürücüsü dini zəmində taksi sürücüsü azyaşlı oğlanın başını anasının gözü qarşısında kəsib.
Belə ki, taksi sürücüsü 6 yaşlı oğlanı şiə olduğu üçün öldürüb. Ana ilə oğlu taksiyə minib, onlar şiə məscidinə getmək istəyiblər. Sürücü qadından şiə olub-olmadığını soruşub. Cavabında qadın şiə olduğunu təsdiqləyib.
Ana qışqıraraq bu vəhşiliyə mane olmağa çalışıb. Lakin qadının köməyinə heç kim gəlməyib. Hətta yaxınlıqda olan polis əməkdaşı cinayətkara mane ola bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31