Rusiyada erməni saytlarına giriş dayandırıldı

Rusiyada erməni saytlarına girişin qadağan edilməsi texniki xarakter daşıyır.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib. Onun sözlərinə görə, bu problem Ermənistanın Moskvadakı səfirliyi vasitəsilə həll edilir.

Qeyd edək ki, bundan öncə "Aysor.am" saytı Rusiyada erməni saytlarının girişinə məhdudiyyət qoyulduğu haqqında məlumat yaymışdı.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31