Aİ-də qurumlararası rəqabət səfirlərin fəaliyyətini çətinləşdirir-ÖZƏL

Avropa Komissiyası ilə Avropa Şurası arasındakı rəqabət üçüncü ölkələrin Avropa İttifaqındakı səfirlərinin fəaliyyətini çətinləşdirir.

Olaylar.az xəbər verir ki, "Financial Times" qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, səfirlər etimadnamələrini təqdim etmək üçün Aİ rəsmiləri ilə görüşə uzun müddət gözləməli olurlar.

Məlumata əsasən, Avropa Şurasının prezidenti Antonio Koşta iki qurum arasında əməkdaşlığı gücləndirmək məqsədilə yeni səfirlərin qəbul mərasimini Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə birgə keçirməyə razılaşıb. Lakin hər iki rəhbərin qrafikini uyğunlaşdırmaq çətinlik yaratdığından görüşlərin təşkili ləngiyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31