Putin və Vitkoff arasında görüş keçiriləcək – ÖZƏL
11:11 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffu qəbul edəcək. Rusiya liderinin köməkçisi Yuri Uşakovun bildirdiyinə görə, günün birinci yarısında baş tutacaq planlaşdırılmış görüşün əsas müzakirə mövzusu Ukrayna münaqişəsi olacaq.
Uşakov həmçinin əlavə edib ki, bundan əvvəl Ukrayna üzrə aparılan danışıqlar zamanı Moskva ilə Zelenski arasında hər hansı təmas olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31