Nazarbayev: "Bunu etməyəcəm, sakitləşin!"
Qazaxıstanda növbədənkənar parlament seçkisi keçirilməyəcək. Bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib.
5 Fevral 2019 15:14 DünyaQazaxıstanda növbədənkənar parlament seçkisi keçirilməyəcək.
Bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib.
"Bəli, prezidentin konstitusiyaya, qanuna uyğun olaraq növbədənkənar parlament seçkisi elan etmək hüququ var. Lakin bu bizim üçün təhdid deyil. Gəlin, sakitləşək və normal çalışaq", - deyə o bildirib.
Qeyd edək ki, Nazarbayev bundan öncə də növbədənkənar parlament seçkisinin keçirilməyəcəyini bildirib. O, seçkinin 2020-ci ilin dekabrında baş tutacağını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31