Yunanıstan bu göstəriciyə görə Avropada birinci yerdədir
5 Fevral 2019 14:16 DünyaAvropa ölkələri daxilində 2018-ci ildə xarici vətəndaşlar sırasından olan işçilərin sayına görə Yunanıstan birinci yerdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin bəzilərində miqrantlar aşağı və orta ixtisaslı iş yerlərində çalışırlar. Halbuki, onlar arasında yüksək ixtisaslı mütəxəssislər də var. Xüsusilə, bu məsələ Cənubi Avropa ölkələrində özünü daha qabarıq göstərməkdədir. Yunanıstanda miqrant işçilərinin sayı 60,7, İspaniyada 53,6, İtaliyada 51,7 faiz təşkil edir.
Azərtac
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31