Arxeoloqlar Almaniyanın ən qədim kitabxanasını tapdılar

Almaniyanın Köln şəhərində arxeoloqlar eramızdan əvvəl 2-ci əsrdən qalma qədim kitabxana kəşf ediblər.

Yeni kilsənin bünövrəsinin qazıntısı zamanı qədim bina qalıqları tapılıb.

Arxeoloq qrupunun üzvü Dirk Şmitz bildirib ki, binada 20 mindən çox kitab qorunub. Kitabxananın binası iki mərtəbəlidir və ölçüləri 20 metr, 9 metrdir. Roma-German muzeyinin direktoru Markus Triyer bildirib ki, əvvəlcə insanların toplandığı meydan qalıqlarına rast gəldiklərini düşünüblər. Amma divarlar qalın və geniş olub.

Şmitz bildirib ki, binanın daxilində çox kiçik heykəllər tapılıb. Bu tip heykəllər isə kitabxanalara xasdır. Eyni tip heykəlləri Türkiyənin İzmir şəhəri yaxınlığındakı Efesdə tapılan kitabxanada da görmək mümkündür.

Köln şəhəri Reyn çayı sahilindədir və 2 min illik tarixi var. Şəhərdə tez-tez qədim yaşayış məskənləri kəşf edilir.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31