Məhkəmədə məhkumun ağzı bağlandı - 30 dəqiqədə 12 dəfə...

ABŞ-da məhkəmələrdən birində məhkumun ağzı bağlanıb.

Hakimin xəbərdarlıqlarına baxmayaraq, 30 dəqiqə ərzində 12 dəfə söz verilmədən danışan Frankli Uilyamsın ağzı hakimin qərarı ilə bantlanıb.

Hakim Russo məhkuma vəkillərin danışmasına imkan verməyi tələb edib, ancaq o, buna məhəl qoymayıb. Ona görə də hakim bu qərarı verib.

Qeyd edək ki, sözügedən məhkum qarət, adam qaçırılması və oğurluqda ittiham edilib.

Məhkəmənin qərarı ilə 24 il həbs cəzası alıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31