Krımdakı ukraynalılardan ABŞ-a: "Gəlin, “işğal”ı görün"
26 İyul 2018 12:43 DünyaKrımın Ukrayna Cəmiyyətinin rəhbəri Anastasiya Qridçina Vaşinqtonu deklarasiya qəbul etmək əvəzinə yarımadanı ziyarət etməyə və Qərbin "işğal" adlandırdığı vəziyyəti əyani şəkildə görməyə dəvət edib.
Bu barədə RİA informasiya yayıb.
"Amerika hakimiyyəti krımlıların həyatına heç bir şəkildə təsir göstərməyəcək uzun-uzadı mənasız deklarasiyalar qəbul etmək əvəzinə, özləri bizim yarımadanı ziyarət etməli və "işğal" adlandırdıqları vəziyyəti gözləri ilə görməlidir", - Qridçina bildirib.
Onun sözlərinə görə, Krım tarixən Rusiyanın bir hissəsi olub. ABŞ isə SSRİ-ni həmişə təcavüzkarlıqla işğal edən "şər imperiyası" olaraq görüb və illər keçməsinə baxmayaraq, ABŞ-da formalaşan bu fikir dəyişməyib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti Krımın Rusiya ərazi olaraq tanınmayacağını və sanksiyaların davam etdiriləcəyini bildirən "Krım deklarasiyası"nı nəşr etmişdi.