Paşinyan: "Ruslar bizim əvəzimizə sərhədimizi qoruyur"
26 İyul 2018 12:41 DünyaRusiyanın 102 saylı hərbi bazasının Ermənistan ərazisində yerləşməsi ölkəmizin milli maraqlarına uyğun gəlir.
Bu sözləri "Exo Moskva" radiosuna müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Rusiya sərhədçiləri Türkiyə-Ermənistan sərhədini qoruyur:
"Bu, bizim üçün çox lazımlı və yaxşı haldır. Çünki faktiki olaraq silahlı qüvvələrimiz bu vəzifənin icrasından azad olunub. Bu uzun sərhədin qorunması məsuliyyətini üzərimizə götürmək ağır bir yük olardı. 102 saylı hərbi baza Ermənistan təhlükəsizlik sisteminin vacib hissəsidir. Ona görə ki, bizim aramızda razılaşmalar var və bu razılaşmalara əsasən sözügedən hərbi bazanın konkret öhdəlikləri mövcuddur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31