Cənubi Sudan üsyançılarla sülh razılaşması imzalayıb
26 İyul 2018 12:29 DünyaCənubi Sudan hökuməti üsyançılarla sülh sazişi imzalayıb.
İmzalanma mərasimi Sudanın paytaxtı Xartumda baş tutub.
Mərasimdə vəzifəsinə bərpa ediləcək üsyançıların lideri, üsyançı birinci vitse-prezident Riek Maçar da iştirak edib.
Xatırladaq ki, Cənubi Sudanda vətəndaş müharibəsi gedir. Ölkədə iki böyük tayfa - dinka (ölkə əhalisinin təxminən 35%-i) və nuer (təxminən 16%) arasında münaqişə davam edir.
2013-cü ilin iyul ayında R.Maçar prezidentlik ambisiyalarını elan etdikdən sonra vəzifədən uzaqlaşdırılıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31