İran Rusiyadan “Su-22” döyüş təyyarələri alıb
26 İyul 2018 12:21 Dünyaİran İnqilab Keşikçiləri Qvardiyasının silah arsenalına Rusiya istehsalı olan "Sukhoi Su-22" hərbi döyüş təyyarələri daxil edilib.
İranda təyyarənin təqdimat mərasimi olub.
Tədbirdə İnqilab Keşikçiləri Qvardiyasının komandanı briqada generalı Məhəmməd Əli Cəfəri və Hava-Kosmos Qüvvələri komandanı briqada generalı Əmir Əli Hacızadə iştirak edib. O deyib ki, "S-22" təyyarələri yerli mütəxəssislər tərəfindən inkişaf etdirilərək, silah arsenalına daxil edilib.
Mərasimdə Rusiyadan alınmış 10 "Su-22"nin təqdimatı keçirilib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31