Tələbə qız əfqan gəncin deportasiyasına mane oldu

İsveçli fəal və Höteburq Universitetinin tələbəsi Elin Errson əfqanıstanlı gənci deportasiyasına mane olub. 

Qız həmin sərnişinin təyyarədən endirilməsinə qədər yerinə keçməyəcəyini bildirib. 

"İstəmirəm ki, reysə gecikməkdən qorxduğunuz üçün bu insanı öldürsünlər", - Errson onun əlindən telefonunu almağa çalışan sərnişinə deyib. 

Nəticədə əfqanıstanlı gənc təyyarədən endirilib. Digər sərnişinlər qızın bu hərəkətini alqışlayıb. 

Yerli KİV-in məlumatına görə, gənc digər reyslə deportasiya ediləcək. Errsonun isə ekipajın əmrlərinə tabe olmadığı üçün problemləri ola bilər.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31