Dağıstanda növbəti həbslər: Mer müavini tutuldu
26 İyul 2018 11:46 DünyaMahaçqala merinin müavini Qurban Qurbanov polis tərəfindən saxlanılıb.
Bu barədə məlumatı "Kommersant" qəzeti yayıb. 33 yaşlı Qurban Qurbanovun Mahaçqalanın eks-meri Musa Musayevə qarşı açılan cinayət işi çərçivəsində həbs edildiyi bildirilib.
Qeyd edək ki, Musa Musayevə qarşı cinayət işi cari ilin yanvarında açılıb. Musayevlə bərabər Dağıstanın bir sıra yüksək vəzifəli şəxslərinə, o cümlədən baş nazirə qarşı da cinayət işi qaldırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31