HƏMAS döyüşə hazırlıq əmri verdi – Gərginlik
26 İyul 2018 11:43 DünyaHƏMAS-ın hərbi qanadı olan İzzəddin Qəssam Briqadası bütün əsgərlərinə döyüşə hazır olmaları barədə əmr verib.
İzzəddin Qəssam Briqadasından verilən yazılı açıqlamada hərbi qüvvələrin yüksək döyüş hazırlığına gətirildiyi və briqadalara tabe olan bütün hərbi birləşmələrə döyüşə hazır olmaları barədə əmr verildiyi qeyd olunub.
"Düşmən hər gün xalqımıza və mücahidlərimizə qarşı işlədiyi cinayətlərin bədəlini ağır ödəyəcəyini bilməlidir", - açıqlamada bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31