Terrorçu təriqətin həbsdə olan son üzvləri də edam edildi

Yaponiyada "Aum Şinrikyo" təriqətinin həbsdə olan son 6 üzvü də edam edilib.

Ötən həftələrdə təriqətin lideri Şoko Asahara və digər 6 üzvü də edam edilmişdi. 

Qeyd edək ki, 1995-ci ildə Tokioda yerləşən metroda zarin qazı ilə hücum təşkil edən təriqət üzvləri 13 nəfərin ölümünə səbəb olmuş, 5800 nəfər yaralanmışdı. Hadisədən sonra "Aum Şinrikyo"nun 13 üzvü edama məhkum edilmişdi.

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31