"Facebook" 130, Zükerberq 17 milyard itirdi
26 İyul 2018 11:30 Dünya"Facebook" sosial şəbəkəsinin səhmləri 20% ucuzlaşıb.
Səhmlər rüblük hesabatın açıqlanmasından sonra dəyər itirib. Şirkətin aprel-iyun ayında gəlirləri ötən ilin eyni dövrü ilə 43% artaraq 13 milyard 200 milyon dollar olub. Aylıq aktiv istifadəçilərin sayı isə 2 milyard 230 milyondur. Lakin bu nəticələr proqnozlardan zəif olub. Sosial şəbəkənin istifadəçi sayındakı artım isə son 2 ilin ən aşağı nəticəsidir.
Məlumat şirkətə 130 milyard dollara başa gəlib. "Facebook"un qurucusu Mark Zükerberq isə sərvətindən 17 milyard dollar itirib.
Qaynarinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31