Ərdoğan Yunanıstan prezidentinə başsağlığı verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yunanıstanlı həmkarı Prokopis Pavlopulosa Afina yaxınlığında başlamış meşə yanğınları nəticəsində ölənlərə görə başsağlığı verib.

Ərdoğan ölkəsinin Yunanıstana hər cür yardım və dəstəyə hazır olduğunu bildirib.

Qeyd edək ki, meşə yanğınları nəticəsində 81 nəfər dünyasını dəyişib.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31