Nazirin də olduğu təyyarə yoxa çıxdı - Video

Paraqvayda nazirin olduğu təyyarə yoxa çıxıb.

Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Luis Qneytenlə köməkçisi Visente Ramiresin olduğu ikimotorlu yüngül təyyarə ilə əlaqə itib. 

Bildirilir ki, Ayolas şəhərindən qalxan Baron BE58 1 saat ərzində paytaxt Asunsona enməli olsa da, ondan xəbər almaq mümkün olmayıb. Təyyarənin göyərtəsində Qneytenlə köməkçisinin və 2 pilotun olduğu qeyd edilir. Xilasedicilər onların axtarışını aparır.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31