Suriya ordusu İŞİD-in 75 terrorçusunu məhv etdi

Suriya ordusu və yerli silahlı könüllü dəstələr İŞİD-in Əs-Suveydə əyalətinin şərqinə və şimal-şərqinə hücumunu dəf edərək terror qruplaşmasının 75 silahlısını zərərsizləşdirib.

Vilayətin qubernatoru Amer Əl-Aşşi bildirib.

"Suriya ordusu hərbi əməliyyat meydanına daxil olaraq hücum edənlərə qarşı döyüşə girib və 75 terrorçunu zərərsizləşdirib", - qubernator bildirib.

Qeyd edək ki, 25 iyul tarixində bir neçə terrorçu-intiharçı Əs-Suveydə əyalətində terror aktları həyata keçirib. Onlardan biri meyvə bazarında partlayıcı qurğunu işə salıb, digəri isə özünü partladıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31