Rusiyada da meşə yanğınları başladı

Rusiyanın İrkutsk vilayətinin şimalında meşə yanğınları başlayıb.

Yanğın İrkutsk vilayətinin meşə fondunda qeydə alınıb.

Yanğının əhatə etdiyi ümumi ərazinin 29 414 ha təşkil etdiyi bildirilib.

Meşədə yanğının ildırım çaxmasından yarandığı ehtimal olunur.

Vilayət yanğınsöndürmə briqadası hadisə yerinə cəlb olunub və yanğının söndürülməsi istiqamətində iş aparılır.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31