Trampın Hollivuddakı ulduzu məhv edilib

ABŞ prezidenti Donald Trampın Hollivuddakı Şöhrət Xiyabanındakı ulduzu məhv edilib.

Bu barədə  "NBC Los Angeles"in jurnalisti Conatan Qonsales "Twitter" hesabında yazıb.

Hadisə şahidləri və polis əməkdaşları bildiriblər ki, naməlum şəxs Xiyabana gitara örtüyü ilə gəlib. Daha sonra ordan külüngü çıxararaq abidəni dağıdıb. O, polis çağıraraq, hadisə yerini tərk edib.  

Daha sonra onun hüquq mühafizə orqanlarına təslim olduğu açıqlanıb.

Qonsales qeyd edib ki, barbarlar əvvəllər də Trampa məxsus ulduza xəsarət yetiriblər, ancaq tamamilə dağıda bilməyiblər.

Trampın adı əks olunan işarə Şöhrət Xiyabanında 2007-ci ildə quraşdırılıb. O, aparıcısı olduğu "The Apprentice" teleşousundakı fəaliyyətinə görə fərqləndirilib.

Ümumilikdə isə Los-Ancelesin Hollivud bulvarında müxtəlif tanınmış simalara həsr edilən 2,5 mindən çox beşguşəli ulduz quraşdırılıb.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31