Kutaisidə zavodda güclü partlayış olub

Gürcüstanın Kutaisi şəhərində yerləşən Çuqunəritmə zavodunda güclü partlayış olub.

Partlayış nəticəsində zavodun dəmir konstruksiyası dağılıb və yanğın baş verib. Beş nəfər ağır xəsarət alıb.

Gürcüstan Fövqəladə Halları Xidmətindən bildirilib ki, hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb və alovun tam söndürülməsi davam etdirilir.

Gürcüstanın müvafiq strukturları hadisəsinin səbəblərini araşdırır, faktla bağlı cinayət işi başlanılıb.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31