Gürcüstanda Çuqunəritmə Zavodunda partlayış olub, xəsarət alanlar var
25 İyul 2018 17:45 DünyaBu gün günorta saatlarında Gürcüstanın Kutaisi şəhərində yerləşən Çuqunəritmə zavodunda güclü partlayış olub.
Partlayış nəticəsində 5 nəfər ağır xəsarət alıb.
Gürcüstan Fövqəladə Halları Xidmətindən bildirilib ki, partlayış nəticəsində zavodun dəmir konstruksiyası dağılıb və yanğın baş verib. Hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb və alovun tam söndürülməsi davam etdirilir.
Gürcüstanın müvafiq strukturları hadisəsinin səbəblərini araşdırır, faktla bağlı cinayət işi başlanılıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31